Rustavi Metallurgiya fəhlələlərinin bir hissəsi tətilə çıxıb
Rustavi metallurgiya zavodunda 100-ə qədər fəhlə bu gün, 16 mayda tətilə çıxıb. Zavodun marketinq üzrə meneceri Salome İaseşvili Netgazetiyə bildirib ki, fəhlələrin iki əsas tələbi var - əmək haqqının artırılması və üç növbəlik sistemdən dörd növbəlik sistemə keçməkdir. İaseşvilinin sözlərinə görə, hazırda 3 briqada çalışır və fəhlələrin rəhbərliyə bildirdiyinə görə, yerinə yetirilməli olan işləri çatdıra bilmirlər və məhz buna görə də dördüncü briqadanın əlavə olunmasını tələb edirlər.

Salome İaseşvilinin dediyinə görə, zavodun rəhbərliyi fəhlələrin tələblərini yerinə yetirmək üçün bir günlük müddət istəyib ki, bunları yerinə yetirmək zavoda neçəyə başa gələcək və müvafiq qərarı bundan sonra qəbul edəcək.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google