Borjomidə hələ də yanğını söndürməyə cəhd edirlər
Borjomi dərəsində, meşə massivində yaranmış yanğının aradan qaldırılması işləri hələ də davam edir. Fövqəladə Halların İdarəsi Xidmətindən Netgazetiyə bildiriblər ki, səhərə yaxın işləri sərhəd polisinin helikopterləri yeniləyib.

İdarəyə əsasən hava texnikası ilə yanaşı 15 mayda yaranmış yanğını aradan qaldırmaq üçün 150-yə qədər yanğınsöndürən və 30-a qədər meşəçi qoşulub. İlkin məlumata görə yanğının yayılma sahəsi ümumilikdə, 3,5 hektar təşkil edib.

“Bütün gecə ərzində yerində ərazinin monitorinqi və prevensiya tədbirləri aparılıb. Hazırda meşədə yaranmış yanğının iki kubu söndürülüb”- Fövqəladə Halların İdarəsi Xidmətindən bildirirlər.

DİN baş verənlə bağlı artıq CM-non 187-ci maddəsinin 2-ci hissəsinin "a" altbəndi ilə istintaqa başlayıb. Maddə od vurmaqla əşyaya zərər vurmaq və ya məhv etməyi nəzərdə tutur. Cinayət 3-dən 5 ilə qədər azadlıqdan məhrum edilməni nəzərə alır.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google