Daha bir hərbi xidmətçini ölmüş vəziyyətdə tapıblar
Müdafiə Nazirliyinin bəyanatına görə, daha bir hərbi xidmətçini ölmüş vəziyyətdə tapıblar. Nazirliyin açıqlamasına əsasən Milli Qvardiyanın 10-cu briqadasının müqaviləli hərbi xidmətçi Paata Çxeidz 15 may tarixində xidmətdən kənar vəziyyətdə yaşadığı mənzildə tapılıb.

Onların sözünə görə, hadisə yerində, yaşayış mənzilində odlu silah (ov tüfəngi) taplıb. İstintaq 115-ci maddənin birinci hissəsi ilə aparılır. Maddə intihar həddinə çatdırma nəzərdə tutur.

12 mayda hərbi xidmətçini Vaziani təlim bazasında ölmüş vəziyyətdə tapmışdılar. Bu halda da istintaq intihar həddinə çatdırma maddəsi ilə başlayıb.

Mənbə: On
Print ელ. ფოსტა
FaceBook Twitter Google