“Milli hərəkat” öz aqressiyası ilə ictimaiyyət arasında gərginlik yaratmağa çalışır, lakin bu alınmayacaq – baş nazir
“Milli hərəkat” adəti üzrə öz aqressiyası ilə, öz ritorikası ilə ictimaiyyət arasında gərginlik yaratmağa çalışır, lakin təbii ki, bu alınmayacaq, – bu barədə jurnalistlərə baş nazir Mamuka Baxtadze Zuqdididə cərəyan edən hadisələri dəyərləndirərkən bildirib.

Bununla bərabər Baxtadze qeyd etdi ki, seçkilər yalnız Zuqdididə deyil, bütün dairələrdə sakit və azad şəraitdə keçiriləcək.

“Seçkilər yalnız Zuqdididə deyil, seçkilərin keçirildiyi hər yerdə yüksək standartlarla, sakit və azad şəraitdə keçiriləcək. Təəssüf ki, “Milli hərəkat” adəti üzrə öz aqressiyası ilə, öz ritorikası ilə ictimaiyyət arasında gərginlik yaratmağa çalışır, lakin təbii ki, bu alınmayacaq. Bu seçkilər də azad və demokratik şəraitdə keçiriləcək və ictimaiyyət, eləcə də bizim hər birimiz, həmçinin bütün beynəlxalq ictimaiyyət bir daha əmin olacaq ki, bizim hakimiyyətimiz şəraitində Gürcüstanda seçkilər həmişə azad şəraitdə keçirilir”, – Mamuka Baxtadze bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google