Parlament seçkilərində 25% "Gürcü Arzusuna", 18% VMH-a səs verərdi - Rustavi 2-nin sifarişi ilə İPSOS-un tədqiqatı
“Rustavi 2” beynəlxalq təşkilat İPSOS
tərəfindən aparılan ictimai firkinin tədqiqatının nəticələrini
yayımlayır.
Rustavi 2-nin sifarişi ilə aparılan tədqiqatın nəticələrinə əsasən
sabah parlament seçkiləri keçirilsəydi sorğuda iştirak edənlərin
25% “Gürcü arzusuna”, 18% “Birləşmiş Müxalifətə”, 7% “Avropalı
Gürcüstana” səs verərdi. Dördüncü və beşinci yerlərdə hər biri
3%-lə olmaqla “Vətənpərvərlər Alyansı” və “Leyboristlər
partiyasıdır”. Sorğuda iştirak edənlərin 18% deyir ki, hansı
partiyaya səs verəcəyini bilmir. 17% heç bir partiyanı dəstəkləmir,
9% isə cavab verməkdən imtina edib.
Alokaziyanı nəzərə almaqla həmin suala (sabah parlament seçkiləri
keçirilsəydi kimə səs verərdiniz) cavablar belə
bölünür:
- “Gürcü Arzusu” – Bidzina İvanişvili –
29.2%;
- “Birləşmiş Müxalifət” –
22%;
- “Avropalı Gürcüstan” –
10.4%;
- “Leyboristlər partiyası” –
4.9%;
- “Vətənpərvərlər Alyansı” –
4.7%.
Alokaziya araşdırmaçılaın başqa suallara
aldığı cavablardan dolayı, həmin müsahiblərin kimi dəstəkləyirlər
sualına cavab verməyənlərin kimə səs verəcəyini ehtimal
etməsidir.
Həmin tədqiqata əsaəsn sorğuda iştirak edənlərin 46%-nin “Avropalı
Gürcüstana” , 40%-in Birləşmiş Müxalifətə, 38%-in isə “Gürcü
Arzusuna” qarşı müsbət əhval-ruhiyyəsi var.
“Rustavi 2”nin məlumatına görə, İPSOS cari ilin 1-14 mayında
tədqiqat aparıb. Sorğu təsadüfi üsulla seçilən 1540 müsahiblə
keçirilib. Araşdırmanın səhv olma ehtimalı +/-2.2%-dir.
Məlumat üçün qeyd edək ki, İPSOS 1975-ci ildə təsis edilib(Paris,
Fransa). İpsos-un ofisləri bu gün 87 ölkədə fəaliyyətdədir və ümumi
hesabda 16 530 əməkdaşı var. Şirkət dörd əsas istiqamətdə çalışır:
Marketinq araşdırmaları;Media və reklama araşdırması; İctimai və
sosial araşdırmalar; Müştəri və əməkdaşlıq münasibətlərinin
idarəsi.
İPSS Ədliyyə Nazirliyinin məhkəmə reforması haqqında tədqiqat
sifariş verdiyi şirkətdir.