Birləşmiş müxalifətin mer vəzifəsinə namizədi seçicilərin alındığını və pozuntuların baş verdiyini bildirir
“Vahid Milli Hərəkat – Birləşmiş müxalifət”in mer vəzifəsinə namizədi Aqil Mustafayev bildirir ki, pozuntuları onların partiyalarının müşahidəçiləri demək olar ki, bütün məntəqələrdə aşkarlayıblar. Onun dediyinə görə, çox sayda səyyar qutu vasitəsilə siyahıda olmayan şəxslər də səs verməsi faktı mövcuddur. Birləşmiş müxalifətin namizədi seçicilərin alınmasından da danışıb.



“Ağməmmədli kəndindəki 77 saylı seçki məntəqəsinin girişində “Gürcü Arzusu”nun koordinatorları əllərində siyahı ilə dururlar və xalqa pul verirlər. Səslərini satmayan seçicilərə izə təzyiq göstərirlər və hədələyirlər”, – Aqil Mustafayev deyib.



“Marneuli” radiosunun partiyada hansı dəlillərin olması ilə bağlı sualına cavab olaraq mer vəzifəsinə namizəd bildirdi ki, seçicilərin alınması ilə bağlı dəlilləri yoxdur, lakin konkret olaraq Ağməmmədli kəndində onların işə qarışmasından sonra koordinatorlar məntəqə ərazisindən uzaqlaşıblar, lakin yenə də məntəqə yaxınlığındadırlar.



Aqil Mustafayevin dediyinə görə, Birləşmiş müxalifətin müşahidəçiləri artıq bir çox pozuntu halları aşkarlayıblar ki, bunlarla bağlı da şikayət ərizəsi yazılıb.
Print