26 mayla əlaqədar Birinci Respublika Meydanında avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Gürcüstanın Müstəqillik gününə həsr edilmiş tədbirlərlə bağlı səhərdən Birinci Respublika Meydanında nəqliyyatın hərəkəti dayandırılıb. Bu haqda məlumatı DİN yayımlayır.

“Rustaveli prospektində nəqliyyat vasitələri Elmlər Akademiyası istiqamətində, Elbakidze və Kostava küçələrindən keçərək hərəkət edəcək. Elbakidzedən çıxan nəqliyyat vasitələri isə Filarmoniya istiqamətində hərəkət edə biləcək.

Birinci Respublika meydanında nəqliyyat vasitələrinin hərəkəti 26 may tədbirləri başa çatan kimi bərpa olunacaq”
- məlumatda qeyd olunub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google