SAİA - Səsvermə günü pozuntulardan kənar keçdi, ancaq seçicinin istəyinin yoxlanılması ilə bağlı olan müəyyən neqativ tendensiyalar müəyyən edilib
SAİA-nın qiymətləndirməsinə görə 2019-cu ilin 19 mayında keçirilən aralıq və növbədənkənar seçkilərin səsvermə günü pozuntulardan kənar keçib, ancaq müəyyən neqativ tendensiyalar aşkarlanıb, bunlar isə seçicinin öz istəyini göstərməsinin yoxlanılması və gərgin mühitlə bağlıdır. Təssüf ki, bəzi hallarda bu fiziki qarşıdurmaya və zorakılığa da çevrilib – bu haqda “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası”nın bəyanatında deyilir.

Onların qiymətləndirməsinə görə, iki neqativ fakt da diqqət yetirilməlidir: SAİA-nın müşahidəçisini Zuqdidi dairəsində səslərin sayılması zamanı içəri buraxmayıblar; Həmin dairədə polsi güman ki, qanunsuz şəkildə jurnalisti saxlayıb.

“SAİA indiki mərhələdə səsvermə günündən sonrakı dövrdə (məntəqə seçki komissiyalarının yekun protokollarının) öyrənilməsi və Yuxarı Seçki Komissiyasında nəticələrin hesablanması prosesinin müşahidəsini davam etdirir. SAİA seçkiqabağı, seçki günü və sonrakı dövrdə monitorinqin yekun hesabatını cəmiyyətə sonradan təqdim edəcək.
Müşahidəçi missiyası tərəfindən aşkarlanan əsas pozuntular:

Zuqdidi seçki dairəsində gün ərzinə müxtəlif məntəqə və ətraf ərazidə siyasi partiya dəstəkçiləri arasında hadisələr qeydə alınırdı. SAİA hesab edir ki, bu kimi faktlar seçicidə səs vermə prosesindən uzaqlaşmaq istəyi yaradır və mənfi təsir göstərir. Bu fonda Milli Hərəkatın lideri Mixeil Saakaşvilinin vəziyyətin kəskinləşməsinə səbəb olan sözləri təəccüblü idi. Təssüf ki, keçmiş president öz bəyanatında eləcə də müşahidəçi təşkilatların roluna da öz nifərtini bildirir”
– SAİA-nın yayımladığı bəyanatda deyilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google