Qırmızı Körpüdə bəyan edilməmiş qızıl əşyaları aşkar ediblər
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları 16 mayda “Qırmızı Körpü” gömrük buraxılış məntəqəsində şübhə əsasında Azərbaycan vətəndaşının idarəsi altında olan avtomobilə baxış keçirən zaman ümumilikdə 7,538.69 lari dəyərində olan bəyan edilməmiş qızıl əşyaları (ümumi çəkisi 92,85 qram) aşkar ediblər.

Gürcüstanın Vergi Məcəlləsinin 289-cu maddəsinin 10-cu hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlara sanksiya olaraq 7,538.69 lari dəyərində maddi cərimə təyin olunub.

Mənbə: is.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google