Gürcüstanda internetdən ən çox hansı dildən istifadə olunur
16:12 / 20.05.2019
"İnternet World Stats" təşkilatı ölkələr üzrə
hər ölkənin internet mühitində həmin ölkə vətəndaşlarının istifadə
etdiyi dillərin faiz payını özündə ehtiva edən siyahı tərtib
edib.
Həmin göstəricilərdə yer alan ölkələr
Gürcüstan, Azərbaycan, Türkiyə, Ermənistan və Rusiyanı sizə təqdim
edirik.
İlk olaraq Gürcüstan üzrə olan göstəricilər:
Gürcü dili - 71%, rus dili 9%, erməni dili 7%, azəricə 6%,
digər dillər 7%.
Qonşu ölkə olan Azərbaycanda göstərici belədir:
Azərbaycan dili (Azəricə) - 89%, rus dili 3%, erməni dili
2%, digər dillər - 6%-dir.
Ermənistanda istifadə oluna ən çox dil hansıdır:
Erməni dili - 97.7%, Kürd dili - 1%, Rus dili - 0.9%, digər
dillər - 0.4%.
Təşkilat digər qonşu ölkə olan Türkiyədə də araşdırma aparıb və
orada olan vəziyyəti isə belə dəyərləndirib:
Türkiyədə aparıcı dillər türk, kürd, ərəb, erməni və yunan
dilləridir.
Şimal qonşumuz olan Rusiyada isə internetdən ən çox istifadə
etdikləri dil rus dilidir və eləcə də bir çox milli azlıq
dillərdən də istifadə olunur.