Gürcüstan Azərbaycanlılarının 42%-i Gürcüstanın Avropa İttifaqına üzv olmasına nəyin mane olduğunu bilmir
Milli Demoqrafik İnstitut (NDİ) bu gün, 20 mayda ixtimai vəziyyətlə bağlı araşdırma təqim edib. Araşdırma əsasən əhalinin Qərb inteqrasiyasına hazırlığa aiddir.

NDİ araşdırmanı bütün Gürcüstan miqyasında keçirib və onlar arasında məqsədli qrup etnik azərbaycanlılar idi.
Araşdırmaya əsasən etnik Gürcüstan vətəndaşı olan Azərbaycanlıların 54% hesab edir ki, Gürcüstan hökumətinin Gürcüstanın Avropa İttifaqının üzvü olması bəyanatı qəbul ediləndir. Gürcüstan hökumərinin bəyanat verdiyi məqsədə etnik Azərbaycanlıların 14% qəbuledilməz adlandırır.

Etnik Azərbaycanlı əhalinin 28%-nin fikrinə görə Gürcüstan Avropa İttifaqının üzvü olmağa hazır deyil. 25% hesab edir ki, Gürücstan Avropa İttifaqına üzv olmağa hazırdır, 48% isə bilmir.

Araşdırmaya görə etnik Azərbaycanlı əhalinin 42%-i Gürcüstanın Avropa İttifaqına niyə üzv ola bilmədiyini bilmir. 18%-in fikrinə görə səbəb Gürcüstanın ərazi konfliktidir, 13% hesab edir ki, Avropa İttifaqına üzv olmağa mane olan factor Rusiyadlr, 8% isə hesab edir ki, demokratiya aşağıdır.



NDİ-ın araşdırmasının əsas nəticəsinə görə, Avropa İttifaqının iqtisadi faydasından danışmağın vətəndaşa Rusiya tərəfindən hərbi təhlükənin olduğunu izah etdikdə təsiri var. Avropa İttifaqının dəstəyini ən yaxşı adamın social-iqtisadi status və etnik mənsubiyyəti göstərir, ancaq əsas problem olaraq yenə də mədəni kimliyin itirilməsi qorxusu olaraq qalır.

Araşdırma 2019-cu ilin 28 mart-15 aprel dövründə, Gürcüstan miqyasında 2927 canlı müsahibə əsasında, ölkənin gürcü, erməni və azərbaycanlı əhalisi arasında aparılıb (işğal olunan əraziləri istisna etməklə). Araşdırma eləcə də Azərbaycanlı və erməni məntəqələrdə də keçirilib. Sorğunun səhv olma ehtimalı +/-2,3 faizdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google