Sorğuda iştirak edənlərin 59%-i özünü işsiz hesab edir - NDİ
Gürcüstanın Milli Demoqrafik İnstitutun (NDİ) bu gün, 21 mayda yayımladığı ictimai fikir araşdırmasının nəticələrinə görə əhalinin 59%-i hesab edir ki, işlə təmin olunmayıb.

Araşdırma çərçivəsində adamlardan soruşublar ki, özünüzü işlə təmin olunmuş hesab edirsiz yay yox? 59% bildirib ki, olunmayıb, 41% isı hesab edir ki, təmin olunub. İşlə təmin olunma mövzusunda ən yüksək göstərici 2010-cu ildən sonra qeydə alınıb.



Araşdırma 2019-cu ilin 28 mart - 15 aprel dövründə, Gürcüstan miqyasında 2927 canlı müsahibə əsasında, ölkənin gürcü, erməni və azərbaycanlı əhalisi arasında aparılıb (işğal olunan əraziləri istisna etməklə). Araşdırma eləcə də Azərbaycanlı və erməni məntəqələrdə də keçirilib. Sorğunun səhv olma ehtimalı +/-2,3 faizdir.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google