Ən çox mənfi yanaşma olan 10 siyasətçi - NDİ
NDİ-ın Gürcüstan ictimaiyyətinin fikrini araşdırıb. 2019-cu ilin aprelində aparılan sorğunun nəticəsinə görə əhalinin 56% hökumətin fəaliyyətini mənfi qiymətləndirir. Dekabrda belə düşünürlər 53%, martda isə 49%.

Sonrakı lider və ya siyasətçilərə qarşı müsbət münasibətləri var ya yox – bu suala sorğuda iştirak edənlərdən mənfi münasibəti sonrakı şəxslər alıblar:

1. Bidzina İvanişvili - 39%-in ona qarşı mənfi münasibəti var 21%-in isə müsbət;
2. Zurab Caparidze - 35% mənfi, 9% - müsbət.
3. Eka Beselia - 33% mənfi, 15% - müsbət.
4. Nika Melia - 33% mənfi, 22% - müsbət.
5. Mixeil Saakaşvili - 32% mənfi, 31% - müsbət.
6. İrma İnaşvili - 31% mənfi, 21% - müsbət.
7. Nino Burcanadze - 30% mənfi, 19% - müsbət.
8. İrakli Kobaxidze - 29% mənfi, 20% - müsbət.
9. Qriqol Vaşadze - 28% mənfi, 28% - müsbət.
10. Salome Zurabişvili - 27% mənfi, 28% müsbət.

Araşdırma 2019-cu ilin 28 mart-15 aprel dövründə, Gürcüstan miqyasında 2927 canlı müsahibə əsasında, ölkənin gürcü, erməni və azərbaycanlı əhalisi arasında aparılıb (işğal olunan əraziləri istisna etməklə). Araşdırma eləcə də Azərbaycanlı və erməni məntəqələrdə də keçirilib. Sorğunun səhv olma ehtimalı +/-2,3 faizdir. Araşdırmanı CRRC həyata keçirir.

Mənbə: liberal.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google