Sabah seçkilər keçirilsəydi 17% "Gürcü Arzusunu", 14% "VMH" dsətəkləyərdi - NDİ
NDI-ın araşdırmasına görə sabah parlament seçkiləri keçirilsəydi 17% “Gürcü Arzusuna, 14% “Vahid Mİlli Hərəkata”, 3% “Avropalı Gürcüstana” və 3% “Vətənpərvərlər Alyansına” səs verərdi.

Belə ki, sorğuda iştirak edənlərin əksəriyyəti – 27%-i bildirir ki, hansı partiyaya səs verəcəyini bilmir. 16% deyib ki, heç bir partiyaya səs verməzdi, 12% isə cavab verməkdən imtina edib.

Qeyd edilməlidir ki, sorğuda iştirak edənlərin əksəriyyətin baxışına yaxın heç bir partiya uyğun deyil.

Hansı partiya sizin baxışlarınıza daha yaxındır? Sualına cavablar belə bölünür: heç bir partiya-37%, “Gürcü Arzusu” – 21%, “VMH” - 15%, “Avropalı Gürcüstan” – 4%, “Vətənpərvərlər Alyansı” - 3%. Hər ikisi 6%-lə olmaqla bilmir və ya cavabdan imtina edir.

Araşdırma 2019-cu ilin 28 mart-15 aprel dövründə, Gürcüstan miqyasında 2927 canlı müsahibə əsasında, ölkənin gürcü, erməni və azərbaycanlı əhalisi arasında aparılıb (işğal olunan əraziləri istisna etməklə). Araşdırma eləcə də Azərbaycanlı və erməni məntəqələrdə də keçirilib. Sorğunun səhv olma ehtimalı +/-2,3 faizdir. Araşdırmanı CRRC həyata keçirir.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google