Ən müsbət yanaşma Sergeenko və Kaladzeyə, ən pis yanaşma isə İvanişviliyə qarşıdır - NDİ
NDI-ın araşdırmasına əsasən siyasətçilərin
reytinqində Səhiyyə Naziri Davit Sergeenko və Tbilisinin meri Kaxa
Kaladze liderlik edir.
Sorğuda iştirak edənlərin 40%-nin onların ikisinə qarşı da müsbət
yanaşması var. Belə ki, Sergeenkoya qarşı 12%-in, Kaladzeyə qarşı
18%-in münasibəti müsbətdir.
Reytinqdə üçüncü yeri keçmiş prezident Mixeil Saakaşvili tutur. Ona
qarşı mənfi (32%) və müsbət (31%) münasibət göstəricisi demək olar
ki, bərabərdir.
Reytinqdə sonrakı yerləri bölüşürlər:
Şalva Natelaşvili (21% – mənfi, 28% – müsbət)
Salome Zurabişvili (27% – mənfi, 28% – müsbət)
Qriqol Vaşadze (28% – mənfi, 28% – müsbət)
Giorgi Qaxaria (19% – mənfi, 27% – müsbət)
Zaal Udumaşvili (23% – mənfi, 27% – müsbət)
Aleko Elisaşvili (14% – mənfi, 27% – müsbət)
Mamuka Baxtadze (20% – mənfi, 26% – müsbət)
Tea Tsulukiani (26% – mənfi, 26% – müsbət)
Giorgi Vaşadze (21% – mənfi, 22% – müsbət)
Nika Melia (33% – mənfi, 22% – müsbət)
İrma İnaşvili (31% – mənfi, 21% – müsbət)
Mənfi münasibət komponentində ən yüksək göstərici 39% keçmiş baş
nazir Bidzina İvanişvilinindir. Ona qarşı müsbət münasibət isə
sorğulananların 21%-də qeydə alınıb.
İvanişvilidən sonra ən yüksəks mənfi münasibət göstəricisi olan
Zurab Caparidzedir – 35%. “Qirçi”nin liderinə qarşı müsbət yanaşma
isə 9%-də var.
Sorğuya əsasən ölkə liderlrəinin baş nazir, prezident və parlament
sədrinin qiymətləndirilməsi son üç il ərzində pisləşib.
Tbilisinin meri Kaxa Kaladzeni əhalinin 43% müsbət, 23% isə pis,
30% orta qiymət verir. Gürcüstan prezidenti Salome Zurabişvilinin
fəaliyyətini 20% müsbət, 30% mənfi, 38% orta qiymətləndirir. Baş
nazir Mamuka Baxtadzenin fəliyyətini 20% müsbət, 22% mənfi, 44%
orta qiymətləndirir. Parlament sədrinin fəaliyyətini 16% müsbət 33%
mənfi və 38% orta dəyərləndirir.
Araşdırma 2019-cu ilin 28 mart-15 aprel dövründə, Gürcüstan
miqyasında 2927 canlı müsahibə əsasında, ölkənin gürcü, erməni və
azərbaycanlı əhalisi arasında aparılıb (işğal olunan əraziləri
istisna etməklə). Araşdırma eləcə də Azərbaycanlı və erməni
məntəqələrdə də keçirilib. Sorğunun səhv olma ehtimalı +/-2,3
faizdir. Araşdırmanı CRRC həyata keçirir.