Vergi ilə bağlı 540 qayda pozuntusu faktı aşkarlanıb
13-19 mayda Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi üzrə Departamenti tərəfindən ölkə miqyasında həyata keçirilmiş yoxlama nəticəsində vergi ilə bağlı 540 qayda pozuntusu aşkarlanıb.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi üzrə Departamentinin ofisserləri tərəfindən 4477 vergi ödəyicisi yoxlanılıb və nəticədə sonrakı vergi qayda pozuntuları aşkarlanıb: Malın sənədsiz daşınması ilə bağlı 165 hal; İqtisadi fəaliyyət üçün vergi ödəyicilərinin Gürcüstan qanunvericiliyi ilə təyin edilmiş qaydanı pozaraq həyata keçirilməsi ilə bağlı 30 fakt; İstifadəçi ilə nəğd pulla hesablaşma zamanı nəzarət-kassa aparatından istifadə olunmamaqla bağlı 345 hal.

Mənbə: rs.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google