Vergi orqanı tərəfindən Tbilisidə 23 640 lari dəyərində saxta mal aşkarlanıb
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi üzrə Departamentinin əməkdaşları Gürcüstanda “Massimo Dutti”-nin nümayəndəsinin yazılı müraciəti əsasında yoxlama tədbirləri planlaşdırıblar və nəticədə 23 640 lari dəyərində başqa mal işarəsi ilə qanunsuz mal aşkar ediblər.

Tbilisi şəhərində yerləşən obyektlərdən birində inventarizasiya və yoxlayış alqı-satqısı həyata keçirilib.

Yoxlayış alqı-satqısı zamanı 11 970 lari dəyərində mal üçün kassa yoxlayış aparatının istifadə olunmadığı aşkarlanıb. Müvafiq olaraq istehsalçıya Gürcüstan vergi məcəlləsi ilə nəzərdə tutulmuş sanksiya təyin olunub. Belə ki, inventarizasiya proseduru zamanı obyektdə faktiki olaraq 23 640 lari dəyərində mal qeydə alınıb və Gürcüstanda “Massimo Dutti”nin nümayəndəsinin araşdırması əsasında məlum olub ki, başqasının malının işarəsi vurulub.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi üzrə Departament tərəfindən aşkarlanan saxta mal mülki dövriyyədən çıxarılıb, işin materialları sonradan reaksiya göstərmək məqsədi ilə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.

Mənbə: rs.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google