Bu hakimiyyəti dəyişəcək alternativ güc olacaq - Beselia özünün yeni partiyası haqqında
“Gürcü arzusundan” çıxmış deputat Eka Beselia yeni partiya yaradıb, o, anons verib ki, üçünüc güc deyil alternativ güc yaradır və hakimiyyəti dəyişəcək.

“Ədalətə nail olunacaq hər hansı aləti təbii ki, müzakirə edəcəm və müvafiq olaraq siyasi partiyanı da, çünki ölkədə seçkilər yolu ilə dəyişikliklər etmək vacib alətdir, bu reldır” – Beselia “Kuriyerə” bildirib.

Eka Beselianın siyasi partiyasında bu deputatlar var: Qedevan Popxadze və Levan Qoqiçaişvili. “Gürcüstanı qoru” isə ictimai hərəkat olaraq qalmaqdadır.

“Siyasətdə heç vaxt olmayan çox sayda adam var. Amma zamanında uğurlu və maraqlı olublar. Belə peşə nümayəndəliyi məncə maraqlı birliyin əsası olacaq. “Gürcüstanı qoru” ictimai hərəkatı isə siyasi partiyaya çevrilməyəcək. Eyni fikirlərimiz olacaq” – Beselia bildirib.

Eka Beselia “Gürcü Arzusunu” 22 fevralda rəsmi tərk edib və yeni siyasi platforma yaradacağını anons edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google