Saakaşvili Zelenskiyə vətəndaşlığını qaytarmaq üçün müraciət edib
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili və onun vəkili Ruslan Çernolutski Ukrayna prezidenti Vladimir Zelenskinin administrasiyasından Saakaşviliyə vətəndaşlığın qaytarılması ilə bağlı müraciət edib.

“Bütün hüquqşünaslar təsdiq edir ki, mənim vətəndaşlığımın alınması qanunsuzdur. Çünki Ukrayna Konstitusiyasına əsasən Ukrayna vətəndaşının vətəndaşlığını almaq olmaz, beynəlxalq hüquqa əsasən şəxsi ümumiyyətlə vətəndaşlıqdan kənar qoymaq olmaz” – Mixeil Saakaşvilinin 22 may tarixində olan məktubunda deyilir. Məktubun bu hissəsini “Interfax” yayımlayıb.

Saakaşvili məktubda deyir ki, öz mövqeyini məhkəmədə müdafiə edəcək.

Mixeil Saakaşvilinin vətəndaşlığının qaytarılması ilə bağlı Zelenski hələ seçkiqabağı dövrdə danışırdı. 31 martda Gürcüstanın İctimai Yayımçısının Saakaşvili ilə bağlı sualına Zelenski belə cavab verib: “Gəlsin. Düşünürəm ki, Mixeil Saakaşvili ən böyük rolu indi oynayır, Ukraynanın demokratiyasını Avropada müdafiə edir və bunu öz hərəkətləri ilə göstərir. Hesab edirəm ki, o, ciddi diplomatdır və bütün adamlar, bu gün siyasətə gedən və prezident olacaq bütün namizədlər üçün ciddi məsləhətçidir. Düşünürəm ki, Saakaşvili kimi adamların köməyi hamıya lazım olacaq” (tərcümə - İctimai Yayımçı).

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google