Məlumatı yoxlayacağıq, emosional bəyanatlar verməkdən çəkinin - Zalkaliani Davit Qareci haqqında
Xarici İşlər Naziri Davit Zalkaliani bildirib ki, Davit Qarecin monastırlarından birində Azərbaycan tərəfindən başlanılan işlərlə bağlı indi yayımlanan məlumatı yoxlayırlar. O, hamını “emosional bəyanatlar verməkdən çəkinməyə” çağırıb.

Jurnalistlərin Davit Qarecin monastır kompleksində nə baş verdiyini bilirlər ya yox sualına bir az əvvəl sosial şəbəkələrdə yerli bələdçi yazıb ki, Azərbaycan bu monastıra doğru yol düzəldib” – Zalkaliani deyir.

“Bu dəqiqələrdə bu məlumat yayılır, mən də indi xəbərlərdən eşitdim. Təbii ki, bunların hamısı yoxlanılacaq, amma siz bilirsiniz ki, mənim bu görüşümlə yanaşı Bakıda da (sərhədin) delimitasiya komissiyasının birinci görüşü aparılır, bu gün və sabah bu komissiyanın çalışması planlaşdırılıb. Bütün məlumatlar əlbəttə ki, komissiya çərçivəsində yoxlanılacaq”.

Zalkaliani hər kəsi “emosional bəyanatlardan çəkinməyə” çağırıb: “Mütləq lazımdır ki, biz belə təsirli mövzu ilə əlaqəli məsələləri komissiya çərçivəsində keçək, çünki komissiya iki strateji tərəfdaş arasında olan münasibətlərdən dolayı məsələlərin həllinə istiqamətlənib”.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google