Nəqliyyat Şirkətinin müfəttişi fırıldaqçılığa cəhd faktı ilə bağlı saxlanılıb
DTX-nin Rüşvətxorluqla Mübarizə Agentliyi və Tbilisi Şəhər Meriyasının Daxili Audit və Monitorinq Xidmətinin əməkdaşları birgə aparılan operativ əməliyyat tədbirləri nəticəsində fırıldaqçılığa cəhd faktı ilə bağlı Tbilisi şəhər meriyasının “Tbilisi Nəqliyyat Şirkəti” MMC-nin avtobuslarının istismarı təhlükəsizliyi və hərəkətinin təşkil edilməsi xidmətinin müfəttişi Qiorqi Q.-ni saxlayıblar.

İstintaq nəticəsində aydın olub ki, Qiorqi Q. Gürcüstan vətəndaşına “Tbilisi Nəqliyyat Şirkətində” konduktor vəzifəsinə təyin olunmaqla bağlı vəd verib və əvəzində mərhələli şəkildə 700 lari alıb.

Vəzifəsindən sui-istifadə edərək fırıldaqçılığa cəhd faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19, 180-ci maddəsinin 2-ci hissəsinin "b" və 3-cü hissəsinin "a" bəndi ilə aparılır. Həmin maddə 6 ildən 9 ilə qədər həbs cəzasını nəzərdə tutur.

İstintaq DTX-nın Rüşvətxorluqla Mübarizə Agentliyi tərəfindən aparılır.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google