Amnesty Avropa Liqasının final oyununun Bakıya təyin edilməsinə görə UEFA-nı tənqid edib
Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational UEFA-nı (Avropa Futbol Assosiasiyasiyaları Birliyi) Avropa Liqasının final oyununun Azərbaycanın paytaxtı Bakıya təyin olunmasına görə tənqid edib.

Bakı Olimpiya Stadionu 29 mayda Avropa Liqasının finalında Arsenal və Çelsi futbol klubları arasında keçiriləcək oyuna ev sahibliyi edəcək.

Amnesty-nin bəyanatına görə, Azərbaycan hakimiyyətinə hüquq verilməməlidir ki, “yüksək səviyyəli, dəhşətli hüquqi vəziyyəti futbol oyunlarını keçirməklə örtsün”.

“The Guardian” nəşriyyatının yazdığına görə, UEFA-nın final oyununun Bakıda keçirilməsi qərarını azarkeşlər və hüquq müdafiə təşkilatları kəskin tənqid edirlər.

Amnesty-nin Böyük Britaniya Şöbəsinin rəhbəri Kate Alen bildirib ki, yüksək reytinqi olan idman yarışlarından müxtəlif hakimiyyətlər çox hallarda repressiya siyasəti və insan hüquqlarının ciddi pozulmasından diqqəti yayındırmaq üçün istifadə edir və bu üsulla çalışır ki, “açıqlıq” illüziyası yaratsın. “Arsenal-Çelsi qarşılaşması buna bir nümunədir” – o, deyir.

Bakıda Arsenalın yarımmüdafiəçisi Henrix Mxitariyan oynamayacaq. Bakıya getdiyi halda onun təhlükəsizliyi sual altında qalırdı. UEFA və Azərbaycan hakimiyyətini buna görə də tənqid edirlər ki, Mxitaryanın təhlükəsizliyinə zəmanət vermirlər.

Azərbaycan qonşu Ermənistanla Dağlıq Qarabağa görə silahlı münaqişə vəziyyətindədir. Mxitaryan əslən Ermənistandandır.

21 mayda Arsenal belə məzmunda bəyanat yayımlayıb: “Bütün imkanları əsaslı şəkildə öyrəndik ki, Miki (Mxitaryan) komanda ilə birgə gəlsin, ancaq Miki ilə və onun ailəsi ilə danışıqlardan sonra birgə qərar verdik ki, o, bizimlə birgə səfər etməyək”.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google