Saimerloda əhali su sisteminin dəyişdirilməsinə etiraz edir
Marneuli bələdiyyəsinin Saimerlo kəndində səhərdən əhali sıxlığı hiss olunur. Əhali su sisteminin dəyişdirilməsinə etiraz edir.

Onların sözlərinə görə kəndə su maneəsiz şəkildə veriləcək. Bir neçə həftə əvvəl kənddə su sisteminin dəyişdirilməsinə başlanılıb.

Əhalinin sözlərinə görə onlar elə hesab ediblər ki, kənddə yalnız içməli suyun dəyişdirilməsi planlaşdırılırmış, ancaq məlum olduğu kimi kəndin başqa su nasosuna qoşulması da planlaşdırılıbmış və bu içməli suyun verilməsini daha da pisləşdirəcək.

Əhali tələb edir ki, kənddə su boruları dəyişdirilsin, amma su naosus olduğu kimi qalsın.

İndiki mərhələdə əhali meriyanın nümayəndəsini gözləyir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები