Polis kürəkənini qəsdən öldürdüyünə görə bir nəfəri həbs edib

Polis ailə üzvünü amansızlıqla qəsdən öldürmə ittihamı ilə bir nəfəri saxlayıb.

Bu haqda "Interpressnews"a Daxili İşlər Nazirliyindən bildiriblər.

Onların məlumatına görə 1943-cü il təvəllüdlü müttəhim öz yeznəsinə soyuq silahla zərbə vurub. Yaralanan xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişib.

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları aparılan operativ əməliyyat nəticəsində ailə üzvünü amansızlıqla qəsdən öldürmə ittihamı ilə 1943-cü il təvəllüdlü A.İ.-ni saxlayıb.

Törədilmiş cinayət 13-dən 17 ilə qədər həbs cəzasını nəzərdə tutur.

İstintaq nəticəsində aydın olub ki, müttəhim cari ilin 24 iyununda mübahisə nəticəsində kürəkəni 1980-ci il təvəllüdlü B.N.-ya soyuq silahla zərbə vurub. Təcili yardım briqadası yaralını ilk əvvəl Qardabanidə yerləşən klinikaya, daha sonra isə Tbilisiyə xəstəxanaya aparıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Polis cinayətin törədildiyi silahı – bıçağı maddi sübut kimi müsadirə edib.

Ailə üzvünə qarşı törədilmiş amansızlıqla qəsdən adamöldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsinin 2-ci hissəsinin “v” bəndi ilə istintaq aparılır”
– Daxili İşlər Nazirliyinin məlumatına deyilir.

Mənbə: İnterPressNews

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google