Dövlət siyasəti sənədlərinə reproduktiv məsələlərin inteqrasiyası - Marneulinin Gender Şurası ilə görüş keçirilib

Bu gün, 5 iyul tarixində QHT „HERA XXI” Marneuli bələdiyyəsinin gender şurası ilə görüşüb.

Görüşün məqsədi şura üzvlərinə cinsi və reproduktiv sağlamlıq və hüquq məsələləri haqqında müxtəlif sənədlər və bələdiyyələrin öhdəlikləri haqqında məlumat çatdırmaq idi.

„HERA XXI” – nin layihələr üzrə koordinatoru Salome İobadze hesab edir ki, bugünkü görüş Marneuli bələdiyyəsi ilə gələcək əməkdaşlığa dəstək olacaq. Təşkilat Marneuli bələdiyyəsi ilə ilk dəfə görüşüb. Bələdiyyədə onların təcrübəsindən dolayı vəziyyətin ümumiyyətlə necə olduğu haqqında suala Salome İobadze belə cavab verdi:

“Təəssüf ki, bizim yerli bələdiyyələrlə görüşlərimiz göstərir ki, yerli səviyyədə gender bərabərliyi üzrə müxtəlif mexanizmlərin, eləcə də gender şurasının, qadın otağının olmasına baxmayaraq bu mexanizmin nümayəndələrinin hansı dövlət sənədlərinin olması və cinsi və reproduktiv sağlamlıq və hüquq məsələlərini yerli səviyyədə necə tətbiq olunması haqqında tam məlumatları yoxdur. Eləcə də gender şuralarının proqram büdcəsi ilə fəaliyyət planı yoxdur və bu da effektli şəkildə müxtəlif tədbirləri həyata keçirməyə mane olur” – Salome İobaidze deyir.

Qeyd edilməlidir ki, Marneulinin gender şurasının da ayrı büdcəsi yoxdur. Marneulinin Gender Şurasının katibi İa Esebua düşünür ki, bugünkü görüşdən sonra qeyd olunan təşkilatla fəal əməkdaşlıq edəcəklər.

“Onların fəaliyyəti ilə tanış olmaq olduqca vacib idi. Ona görə ki, onların reporduktiv sağlamlıq haqında müxtəlif layihə və proqramları var və düşünürəm ki, bizim gələcək fəaliyyətimizdə bu lazım olacaq. Onların eləcə də gənclərlər əlaqələri var, müxtəlif təlimləri keçirlər, psixoloqları və məktəbə daxil olmaq hüquqları da var ki, müxtəlif gənclər qrupları ilə çalışmaq hüquqları var. Bunların hamısı gələcək əməkdaşlıq üçün bizə lazım olacaq” – İa Esebua deyir.

Bugünkü görüşdə Marneulinin Gender Şurası iştirak edirdi.

"Marneuli" Radiosu

 

Print