100 il əvvəlki məktəb dərsliklərinin yenidən tədrisə daxil edilməsi ilə qürur duyacaqsansa, şübhə yaranır ki, yenisini yaratmaq bacarığın yoxdur - Simon Canaşia

100 il əvvəlki məktəb dərsliklərinin yenidən tədrisə daxil edilməsi ilə qürur duyacaqsansa, şübhə yaranır ki, yenisini yaratmaq bacarığın yoxdur

– Təhsil məsələləri üzrə ekspert Simon Caşia öz Facebook səhifəsində yazıb.

“Bu “uğurun” elan edilməsi üçün məktəb direktorlarını, keçmiş idmançıları, keçmiş təhsil nazirini və çalışan parlament üzvlərini, televiziyaları və dövlət məmurlarını Tbilisidən Telaviyə aparırsansa görünür ki, əlindəki gücdən düzgün istifadə etmədiyini başa düşmürsən. İctimaiyyətin diqqətini daha yaxşı məktəblərimizin olduğuna yönəltmək üçün yeni proqramların, yeni dərsliklərin, yeni elektron resursların və.s. yaradılması əvəzinə bunu edirlər” – Canaşia yazır.

“Sentyabrdan Gürcüstan məktəblərinə İaqob Qoqebaşvilinin “ana dili” qayıdacaq” – bu haqda 14 iyulda baş nazir Mamuka Baxtadze İaqob Qoqebaşvilinin ev-muzeyində baş tutan tədbirdə bildirib.

წყარო: ნეთგაზეთი

Print ელ. ფოსტა
FaceBook Twitter Google