Polis Tbilisidə qanunsuz odlu silah ələ keçirib - bir nəfər həbs olunub (VİDEO)
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri operativ-istintaq tədbirləri nəticəsində 1989-cu ildə anadan olmuş Q.M.-nı odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılması-daşınması ittihamı ilə saxlayıb.

Hüquq mühafizə orqanları tərəfindən saxlanılan şəxsin üzərinə baxış keçirilən zamanı odlu silah və 13 patron maddi sübut kimi ələ keçirib. DİN-dən bildirirlər ki, silah və güllələr üçün müvafiq ekspertiza təyin edilib.

Odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılması-daşınması faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır.

Saxlanılan şəxsi 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google