Bakurianidə inşa olunan korpusdan fəhlə düşərək dünyasını dəyişib
23:11 / 16.08.2019
Bakurianidə inşa olunan korpusdan 56 yaşlı
fəhlə tikintidən yıxılıb. O, hadisə yerindəcə dünyasını
dəyişib.
Dünyasını dəyişən şəxs inşa olunan korpusda
işləyirmiş.
Daxili İşlər Nazirliyindən "Netgazeti"-yə verilən məlumata görə,
Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsinin ikinci hissəsi ilə
istintaq başlayıb. Həmin maddə dağ-mədən, tikinti və ya digər
işlərin təhlükəsizliyi qaydasının insan itkisi ilə nəticələnən
pozulmasını nəzərdə tutur.