Samreqlo kəndində yol nəqliyyat hadisəsi zamanı 62 yaşlı kişi dünyasını dəyişib
Dedoplistskaro bələdiyyəsinin Samreqlo
kəndində yol nəqliyyat hadisəsi zamanı 62 yaşlı kişi dünyasını
dəyişib.
Hadisə şahidlərinin sözlərinə görə, dünyasını dəyişən kişinin
avtomobil xarab olub və onun özü yük maşınının təmir etməyə
çalışırmış. Elə o zaman avtomobil qəflətən çöküb və kişi yük
maşınının altında qalıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Ancaq
xəsarət alan kişiinin həyatını xilas etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı
Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq
başlayıb. Həmin maddə nəqliyyat vasitəsinin təhlükəsizliyi və ya
istismarı qaydasının pozulmasını nəzərdə tutur.