Rustavi-Tbilisi marşrut xəttində gedişhaqqı artır
Rustavi bələdiyyə məclisinin qərarına əsasən
19 avqust tarixindən "İntertrans" şirkətinə məxsus marşurtlarda
gedişhaqqı 1.80 lari təşkil edəcək.
Moskva prospekti, İst Point, Lilo, Qldani və Universitetin
çoxmərtəbəli binasına gedən marşrutlarda isə gedişhaqqı dəyişməz
olaraq qalacaq.
Təxminən bir ildir ki, "İntertrans" şirkəti Rustavi-Tbilisi
arasındakı 11 marşrut xəttdində gedişhaqqının artırılmasını tələb
edirdi. Şirkət idia edirdi ki, nəqliyyatda gediş haqqı çox aşağıdır
və buna görə də "İntertrans" şirkəti zərərlə çalışır. Sürücülər
gedişhaqını bir neçə dəfə artırsalar da, bu sərnişinlər tərəfindən
etirazlara səbəb olmuşdu.
Mənbə: tv4.ge