Quriada yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 8 nəfər isə yaralanıb
Quriyanın Niqvziani kəndi yaxınlığında iki
avtomobil toqquşub.
Avtomobillərin toqquşması nəticəsində bir
nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı
Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq
başlayıb. Həmin maddə nəqliyyat vasitəsinin hərəkəti təhlükəsizliyi
və ya istismarı qaydalarının insan ölümüylə nəticələnən pozulmasını
nəzərdə tutur.