Senaki-Tbilisi yolunda iki avtomobil yanıb - ölən və yaralılar var (VİDEO)
Senaki-Tbilisi mərkəzi magistral yolunun Nosir kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Yol-nəqliyyat hadisəsi zamanı iki nəfər dünyasını dəyişib. Qəza zamanı iki avtomobil toqquşub. Zərbədən sonra avtomobillərdən biri çevrilib və yanmağa başlayıb. Daha sonra yanğın ikinci avtomobilədə keçib.

Qəza zamanı avtomobildən birində olan iki nəfər yanaraq ölüb. Digər avtomobildə olanlar isə xəsarət alıb.

Hadisə yerinə polis, yanğınsöndürən və Təcili Tibbi yardım Xidmətinin əməkdaşları cəlb edilib.

Yanğın DİN-in əməkdaşları tərəfindən söndürülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq başlayıb. Həmin maddə nəqliyyat vasitəsinin hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarının insan ölümüylə nəticələnən pozulmasını nəzərdə tutur.

Yerlilərin sözlərinə görə, hər iki avtomobil yanacaq kimi qazdan istifadə edirmiş.

Video görüntülər Qoqita Odişaria tərəfindən sosial şəbəkədə paylaşılıb.

Mənbə: tv4.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google