Azyaşlı uşağa şüşədən müəyyən tüstü qoxulatqdıqları əks olunan video ilə bağlı istintaq başlayıb
DİN
“Facebook”-da yayımlanmış azyaşlı uşağa şüşədən müəyyən tüstü
qoxulatqdıqları əks olunan video ilə bağlı istintaqa
başlayıb.
DİN-dən “Netgazeti”yə verilən məlumata görə, faktla bağlı Cinayət
Məcəlləsinin 272-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır.
Həmin maddə 21 yaşa çatmamış şəxsin narkotik maddədən istifadə
etməyə cəlb olunmasını nəzərdə tutur.
“Aparılan istintaq nəticəsində aydın olub ki, cari ilin
10 sentyabrında, 2004-cü il təvəllüdlü oğlan azyaşlı bacısına
şüşədən müəyyən maddələrin tüstüsünü qoxuladıb. İşlə bağlı istintaq
davam edir”, – DİN-dən bildirirlər.
Təqsiri sübuta yetirildiyi təqdirdə onu 6 ildən 10 ilə qədər
azadlıqdan məhrumetmə cəzası gözləyir.