Arağın orqanizmə 10 faydası
Alkoqolli içki istənilən spirtli, alkoqol
tərkibli içkilər nəzərdə tutulur. Amma nədənsə dədə-babadan arağın
daha xeyirli olmasına inanıb və hələ də bu miflər
gəzir.
Elmi-tibbi baxımdan da arağın tərkibinə görə müəyyən faydaları
olması sübut olunub. Lakin bu zərərləri üstələmir.
Marneulifm bildirir ki, araşdırmalar göstərib ki, təmiz araqda
qarışıq maddələr azdır, orqanizm tərəfindən daha asan həll olunur.
Əgər araqdan içib sərxoş olmaq üçün yox, arada müalicə üçün
istifadə edə biləcəksizsə, bəzi faydalarını təqdim edirik:
1.Sakitləşdirir, stresi azaldır
Digər alkoqol içkilərinə nisbətən araq stresi, gərginliyi daha tez
və yaxşı götürür. Əgər işdə, həyatda ciddi stress vəziyyəti ilə
üz-üzə gəlmisizsə və neqativ təsiri azalda bilmirsizsə, şərab,
çaxır yox, bir qədəh araq içmək olar. Bu, sizin xeyrinizədir.
2.Mikrobları öldürür
Araqda olan 40% spirt mikrob və zərərli bakteriyaların olduğu
zülalları çevirmək qabiliyyətinə malikdir. Eləcə də araq içmək
orqanizmi susuzlaşdırır ki, bu da bakteriyaların xoşuna gəlmir.
Düzdür, bu effekt dezinfeksiyaedici maddələrdən imtina etməyə əsas
vermir, lakin əl altında bir şey olmadıqda daxilə bir qədəh araq
qəbul etmək, eləcə də xaricə araq çəkmək və kompreslə mikroblarla
mübarizə apara bilərsiz. Araq həm də ağrıkəsicidir.
3.Tromb yaranmasına qarşıdır
Arada az miqdarda təmiz araq içmək, qan dövranını yaxşılaşdırır,
damarlarda tromb əmələ gəlməsini əngəlləyir. Bu isə ürək-damar
problemləri üçün yaxşıdır. Eləcə də araq zərərli xolesterini
təmizləyir.
4.Qanda şəkəri salır
Orqanizmə düşən kimi araq ilk növbədə qanda şəkər işlənilir.
Qaraciyər qlükoza hasil etmir, ona görə qana şəkər sıçramır.
Xüsusən acqarına olduqda bu daha effektli olur.
5.Ağızdakı pis qoxunu aparır
Arağın antiseptik xüsusiyyəti ağız boşluğundakı bakteriyaları
öldürür. Ona görə xaricdə tərkibində araq və darçın olan ağız
yaxalayıcı maddə satılır. Amma əvəzində araq içənin ağzından araq
iyi gəlir. Buna da hazır olmaq lazımdır.
6.Yağlı dərilər üçün tonikdir
Araq qurudur, susuzlaşdırıcıdır. Ona görə, həssas və quru dərilər
üçün olmaz. Yağlı, səpkili, akneli dərilər üçün əladır və
məsamələri təmizləyir
7.Saçları kəpəkdən təmizləyir
Araq baş dərisində kəpəyi təmizləyir. Ona görə losyon kimi başa
çəkmək olar.
8.Toksinləri zərərsizləşdirir
Orqanizmin daxilinə müxtəlif xarici təsirdən düşmüş zərərli
toksinləri zərərsizləşdirir, bir növ, absorbizasiya edir. Ona görə,
mədə-bağırsaq pozulması və zəhərlənməyə şübhələndikdə, arağı duzla
qəbul edin.
9.Seksual iştahı artırır
Yeməkdən əvvəl cəmi 50 qr araq həm iştahı, həm də intim arzunu
gücləndirir. Ona görə olmayanda, araq Viaqranı da əvəz edə
bilər.
Lakin buna da çox aludə olmayın. Çünki getdikcə asılı ola
bilərsiz.
10.Virus, qrip və bogaz şişəndə
Mövsüm virus xəstəlikləri, qrip, soyuqdəymədə ilk başda bir qədəh
arağa bir az qırmızı istiot səpib içmək, bogazı və burunu
dezinfeksiya etmək əla effekt verir.
Bu bəndləri saymaqla, fikrimiz sizi arağa bağlamaq deyil. Amma
artıq içiləndə su da zərər verdiyi kimi, az və yerində içiləndə
araq da fayda verir prinsipi ilə yaşasanız, sağlam olarsız
Mənbə - Milli.Az