"Ümid edirəm ki, Zalkaliani və Lavrovun görüşü Gürcüstan və Rusiya arasındaki ağır problemlərin həlli üçün faydalı olacaq" - Giorgi Qaxaria
14:28 / 27.09.2019
"Ümid edirəm ki, Zalkaliani və
Lavrovun görüşü Gürcüstan və Rusiya arasındaki ağır problemlərin
həlli üçün yararlı olacaq" – bu barədə baş nazir
Giorgi Qaxaria Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaliani və
Sergey Lavrovun görüşündən əvvəl bəyanat verdi.
“Əlbəttə ki, problemlərin həlli üçün yeganə yol
beynəlxalq qaydalar, beynəlxalq qanunvericilik və partnyorlarımızla
sıx əməkdaşlıqdır. Bu görüş də bu əhval-ruhiyyə ilə keçirilir”
– Giorgi Qaxaria dedi.
Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaliani Nyu-Yorkda, Baş
Assambleyanın 74-cü sessiyası çərçivəsində, İsveçrə
Konfederasiyasının təşəbbüsü və təşkili ilə Rusiya Xarici İşlər
Naziri Sergey Lavrovla görüşdü.
Onun sözlərinə görə, bu görüş Rusiyaya deyəcəklərimizi birbaşa
çatdırmanın yeganə yoludur.