Marneulidə bir nəfər bıçaqlama ittihamı ilə saxlanılıb
Dünən, 15 oktyabr tarixində Marneulinin mərkəzi küçəsində, bazar ərazisində bir nəfər yaralanıb.

Həmin şəxsə soyuq silahla zərbə vurulub.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, müttəhim dünən, hadisədən bir neçə saat sonra saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə sağlamlığa qəsdən ağır zərər vurmanı nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google