Marneuli meriyasına yeddi ştat əlavə olunub

Marneuli meriyası ştatlarının sayını artırıb. Ştat sayının artmasını Bələdiyyə Məclisi 15 oktyabrda keçirilən iclasda bildirib.



Marneuli meriyasının İnzibati Xidmətinin Rəhbəri Nino Dekanoidze iclasda çıxışı zamanı bildirib ki, meriyanın İnzibati Xidmətinin vətəndaşlara xidmət şöbəsinə üç ştat əlavə olunur.

“Bu vətəndaşlara xidmətin dəyişdirilməsi və inkişafı nəticəsində yarandı. Xatırladım ki, infrastruktur baxımından yerli özünüidarəetmə müəyyən fərqliliklər və xidmətin daha da təkmilləşdirilməsini planlaşdırır”, – Nino Dekanoidze bildirib.

Dekanoidzenin bəyanatına görə, gözlənilən dəyişiklikləri nəzərə almaqla və funksiya-öhdəliklərin artırılmasına görə ştatın artırılması da məqsədyönlüdür.

Marneuli meriyasının Audit xidmətinə isə üç ştat əlavə olunur.

“Xatırladım ki, Audit xidməti çox çalışır, amma yaxşı olar ki, müəyyən kadr resursu da gücləndirilsin. Bir ştat müfəttişlik şöbəsinə, digər ikisi isə auditə artırılıb”, – Nino Dekanoidze deyir.

Qeyd edək ki, Marneuli Maliyyə Xidmətinin Mühasibat şöbəsinə də bir ştat artırılır.

Qeyd olunan dəyişikliklərə qədər Marneuli meriyasında 214 ştat var idi. İndiki mərhələdə isə meriyada 221 ştat var.

"Marneuli" Radiosu

Print ელ. ფოსტა
FaceBook Twitter Google