Bolnisidə kişi arvadını öldürüb
Bolnisi rayonun Faxralı (Talaveri) kəndində bir kişi həyat yoldaşını öldürüb. İlkin məlumata görə, kişi saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən Gürcüstanın Birinci Kanalına verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsinin 2-ci hissəsinin "v" bəndi ilə istintaq aparılır. Həmin maddə ailəni bir üzvünü amansızlıqla qəsdən öldürməni nəzərdə tutur.

Mərhumun üç azyaşlı uşağı var idi.

Hadisə yerində araşdırma aparılır.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google