Sadaxlının deputatı sahibsiz itlər problemini Bələdiyyə iclasında ciddi məsələ kimi qaldırıb

Marneuli Bələdiyyəsində bugünə qədər sahibsiz itlər problem ciddi şəkildə durur və insanlara təhlükə yaradır.

2018-ci ilin 8 ayı ərzində olan statistic göstəricilərə görə, Marneulidə dişləməyə qarşı 820 nəfər adam peyvənd vurdurub. Əhali düşünür ki, son dövrdə şəhərdə itlərin sayı artıb.

İtlərin çoxusunda heç sari rəngli işarə də yoxdur ki, müəyyən qədər onların təhlükəsiz olduğuna işarə olsun. Sahibsiz itlər dəstə ilə gəzirlər. Əsasən yaşayış korpuslarında, bazar ərazisi və restoranların ətrafına toplaşırlar. Şəhərin demək olar bütün küçələrin oxşar vəziyyətdir. Əhali bir çox dişləmə faktını xatırlayır.

“Elə indilərdə iki qadını dişlədi. Uşaq qorxusundan bayıra çıxmır, mən özüm mağazaya gedə bilmirəm. Başqa yolla gedirəm. Kimə müraciət edək, prezidentin sərəncamı var öldürmək olmaz. Kənddən gətirib şəhərə atırlar, biz haraya ataq?”,
- şəhər sakini kişi deyir.

“O qədər it var gecə gündüz biz narahat edirlər. Bilmirik nə edək. Uşağı da dişləyir. Qorxudan pilləkandan düşə bilmirəm. Bütün gecəni buradadırlar”,
- şəhər sakini qadın deyir.

“20-30 it birdən hücum edir və bilmirik nə edək. Yolda daşı, ağacı haradan alaq. Öldürmək olmaz deyirlər. O zaman aparsınlar”, - şəhər sakini kişi deyir.


Marneuli şəhərindən əlavə sahibsiz itlər problem Marneulinin kəndlərində də mövcuddur. Məsələn, 15 oktyabrda baş tutan Marneuli Bələdiyyə Məclisinin iclasında deputat Rövşən İsgəndərov qeyd etdi ki, kənddə sahibsiz itlər problem var.

“Uşaqlar qorxur, məktəbə gedə bilmirlər. Bir iki deyil, 50-yə yaxın it var və dəstə ilə gəzirlər. Bizə kömək lazımdır, bəlkə necəsə bu problem həll edək. Çox pis vəziyyətdir”, - bələdiyyə məclisinin deputatı Rövşən İsgəndərov dedi.

Sahibsiz itlərin Marneuli miqyasında problem olduğunu Meriyadan da təsdiq edirlər. İtlərin sığınacağa yerləşdirilməsi məsələsini yalnız beşinci dəfə elan edilmiş tender həll edə bilib. 2018-ci ilin mayından indiyə kimi ilk üç tenderdə heç kim iştirak etməyib, dördüncü tenderdə şirkət ləğv olunub. Dekabrda beşinci tenderdə iştirak edən “Vektra” MMC Marneuli meriyası ilə müqavilə bağlayıb. Marneuli Meriyasından izah edirlər ki, indiki mərhələdə 140 itə tenderdə götürülən öhdəliklə xidmət göstərilib.

“Yeni xidmət göstərilməsi üçün artıq məktub yazmışıq. Gözləyirik yaxın günlərdə gəlməlidirlər və xidmət göstərməlidirlə”, - Meriyadan deyirlər.

Marneuli meriyası 2019-cu il ərzində sahibsiz itlər üçün büdcədən 16 949 lari ayırıb.

Gələcəkdə sahibsiz itlər poblemini həll etmək üçün regional sığınacağın tikilməsi planlaşdırılır. Buna Kvemo Kartli Quberniyası da fəal şəkildə qoşulub. Sığınacağın güman ki, 2019-cu ildə tikilməsi planlaşdırılır.

"Marneuli" Radiosu

Print ელ. ფოსტა
FaceBook Twitter Google