Həyat yoldaşının qətlində ittiham olunan şəxs polisə özü təslim olub
Bolnisi rayonunun Faxralı (Talaveri) kəndində həyat yoldaşının qətlində ittiham olunan şəxs polisə özü təslim olub. Yerli mənbənin Azadlıq radiosuna verdiyi məlumata görə, dünən, qətlə qədər ər-arvad qonaqlıqda olub, axşam evə qayıdıblar, sonra evdən çıxıblar, gecə yarısı isə kişi öz avtomobili ilə polisə gedib və bildirib ki, arvadını öldürüb və cəsədi maşındadır. Mənbəyə əsasən ər arvadını boğub.

Yerli mənbənin məlumatına görə, ailədə mübahisə olmayıb. Onların üç azyaşlı övladı var, onlardan ikisi əkizdir.

DİN-nin məlumatına görə, kişi saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsinin 2-ci hissəsinin “v” bəndi ilə istintaq aparılır. Həmin maddə ailəni bir üzvünü amansızlıqla qəsdən öldürməni nəzərdə tutur.

Hadisə yerində istintaq işləri aparılır.

Mənbə: www.radiotavisupleba.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google