Marqvelaşvili dövlət mühafizəsindən azad olunur
Gürcüstanın keçmiş prezidenti Qiorqi Marqvelaşvili dövlət mühafizəsindən azad olunacaq.

“Mtavari Arxi”nin məlumatına görə, səbəb budur: dövlət mühafizə xidməri təhlükələri analiz edib və nəticə çıxarıb ki, keçmiş prezident üçün heç bir və heç kəs tərəfindən təhlükə yoxdur, o, mühafizədən kənar da hərəkət edə bilər. Netgazeti məlumatı dəqiqləşdirməyə çalışır.

“Bu institulara qarşı qisasdır. Burada Qiorqi Marqvelaşvilidən söhbət getmir, burada söhbət ondan gedir ki, prezident heç kim deyil, heç keçmiş prezident də heç kim deyil, prezident institute heç nə deyil. Heç Baş nazir də bu ölkədə heç kim deyil. Bunun ideologiyaya çevrilməsi baş verir. Mən düşünürəm ki, bu siyasi söhbətlər ərzində cənab keçmiş sədrlə razılaşıram ki, mənə qarşı həqiqətən heç bir təhlükə yoxdur və düşünmürəm ki, onun da belə bir pozitivi olsun. Mənə qarşı heç bir təhlükə yoxdur, çünki ictimaiyyət tərəfindən pozitiv görürəm”, – Mtavari Arxiyə müsahibəsi zamanı Marqvelaşvili bildirib.

Marvqleşavilinin bəyanatına görə, bunların hamısında şəxsi qisas elementləri var, ancaq prezidentlərə mühafizə təyin olunmaması qərarına əsasən prezident institutuna qarşı yönəlib.

Qanunvericiliyə əsasən səlahiyyət müddətinin keçməsindən 1il sonra yüksək vəzifəli şəxslər, həmçinin, keçmiş prezident “dövlət mühafizəsinin xüsusi xidmətinin” qoruduğu şəxslərin siyahısına düşmür və müvafiq olaraq, o, mühafizədən azad olunur. Əgər onun həyatı və sağlmalığı üçün təhlükə varsa o zaman mühafizə azad olunmur.

Marqvelaşvilidən başqa 2020-ci ilin iyunundan dövlət mühafizəsi üzrə xüsusi xidmət parlamentin keçmiş sədri İrakli Kobaxidzeni də qorumayacaq. Ancaq Dövlət Mühafizə Xidməti İrakli Kobaxidzeyə qarşı olan təhlükələri qiymətləndirdikdən sonra qərar qəbul edəcək.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google