3
il ərzində iclaslarda səs çıxarmayan 16 parlament üzvündən ikisi
Marneulili deputatlardır.
Bu
haqda on.ge saytı Gürcüstan Parlamentinə istinadən xəbər verir.
Ruslan Hacıyev və Mahir Dərziyev 2016-cı ildən bu günə qədər
Parlament iclaslasında çıxış etməyiblər.
Onlar Parlament iclası zamanı sual ünvanlamayıb və qanunlayihələrdə
öz fikirlərini bildirməyiblər.
Ruslan Hacıyev Gürücüstan Parlamentinə Marneulinin majoritar
deputatı olaraq seçilib, Mahir Dərziyev isə “Gürcü arzusu”nun
proporsional siyahısı ilə seçilib. Ruslan Hacıyev və Mahir Dərziyev
“Marneuli” radiosunun zənglərinə bu dəqiqələrdə cavab vermirlər.
Daha bir deputat “Vahid Milli Hərəkat”ın deputatı Azər Süleymanov
2016-cı ildən Parlmentdə bu günə qədər çıxış etməyənlər
arasındadır.
"Marneuli" Radiosu