Zuqdididə narkotik cinayətinə görə saxlanılanlardan biri ruhani şəxsdir
“Netgazeti”-nin məlumatına görə, Zuqdididə narkotik cinayəti ilə bağlı ruhani şəxs dünən saxlanılıb.

DİN faktla bağlı iki nəfəri saxlayıb. Onlardan biri 2 noyabrda, digəri isə 4 dekabrda saxlanılıb. Ancaq digər təfərrüatlarla bağlı DİN-dən məlumat vermirlər.

Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə narkotikin qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılmasını nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google