Gürcüstanda il yarım ərzində 84 nəfər iş qəzası nəticəsində həyatını itirib
Gürcüstanda bir il yarım müddət ərzində (2018-ci il və 2019-cu ilin yanvar-iyunu) 84 nəfər iş qəzası nəticəsində dünyasını dəyişib. İPN-ə bu haqda məlumatı DİN-dən təqdim ediblər.

Məlumata görə 2018-ci ildən 2019-cu ilin iyun ayına qədər iş qəzası nəticəsində 270 nəfər xəsarət alıb.

DİN-tərəfindən verilən məlumata əsasən 2018-ci ildə iş zamanı 59 nəfər dünyasını dəyişib və 199 nəfər xəsarət alıb.

2019-cu ilin 6 ayı ərzində işlərin yerinə yetirilməsi zamanı xəsarət alanların sayı 71 nəfərdir, həmin dövrdə 25 nəfər isə həyatını itirib.

Xatırladaq ki, Gürcüstanda əmək təhlükəsizliyi haqqında yeni qanun 2019-cu ilin martında qəbul olunub, tam olaraq isə sentyabrdan qüvvəyə minib. Sentyabra qədər üzvi qanun ancaq daha çox təhlükə daşıyan ağır, zərərli və təhlükəli işlərə aid idi. Həmin qanun sentyabrdan iqtisadi işlərin bütün sektorlarında çalışan şəxslərin təhlükəsizliyi nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google