Dmanisidə 20 noyabrda yaralanan 29 yaşlı kişi dünyasını dəyişib

Dmanisi rayonunda 20 noyabrda yaralanan 29 yaşlı kişi Qela Osepaşvili bir neçə gün əvvəl xəstəxanada dünyasını dəyişib.



Daxili İşlər Nazirliyinin məlumatına görə, qeyd olunan işlə bağlı qəsdən adamöldürmə ittihamı ilə bir nəfər saxlanılıb. Ancaq dünyasını dəyişən şəxsin ailə üzvləri saxlanılanın kimliyindən şübhələnirlər və deyirlər ki, Osepaşvilinin qətlində saxlanılan deyil başqası günahkardır:

“TV Pirveli” ilə söhbəti zamanı öldürülənin qohumları deyirlər ki, DİN qatillə əlbirdir, çünki onun qohumu yüksək vəzifədə çalışır:

“Bizim daxili mənbələrdən məlum olduğu kimi qatilin qohumu yüksək vəzifədə çalışır və qatilə yardım edirlər”, - Osepaşvilinin yaxınları “Tv pirveli” ilə söhbət zamanı deyiblər.

Öldürülənin yaxınlarının izahatına görə, onlar ekspertizaya etibar etmirlər və özəl ekspertiza keçirməyi planlaşdırırlar.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google