Uşaq pornoqrafiyası işi ilə bağlı valideyn və müəllimlər saxlanılıb
Həddi-büluğa
çatmamış şəxslərin trefikinqi ilə bağlı valideyn və müəllimlər
saxlanılıb.
Ümumi hesabda 11 nəfər həbs edilib. Bu məsələ
ilə bağlı DİN-də brifinq keçirilir.
“Müəyyən qədər məbləğ qarşılığında valideynlər uşaqları ABŞ
vətəndaşı tərəfindən Tbilisidə qurulmuş foto salona aparırlarmış və
orada həddi-büluğa çatmamış şəxslərin pornoqrafik xarakterli
foto-video materialları çəkilirmiş və çəkiliş sonra xaricə satış
məqsədi ilə həyata keçirilmiş”, - DİN-dən bildirirlər.
Onların məlumatına görə, həddi-büluğa çatmamışların saxlanılan
müəllimi fəal şəkildə uşaqların seçim prosesinə qoşulubmuş.
İşlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü
hissəsi, 143²-cü maddəsinin 2-ci hissəsinin “b” altbəndi ilə, 3-cü
hissəsinin “q” altbəndi və həmin maddənin 4-cü hissəsinin “a”
altbəndi ilə istintaq aparılır. Bu maddələrlə əvvəlcədən azyaşlı
olduğunu bilərək həddi-büluğa çatmamış şəxsin təsvir olunduğu
pronoqrafik materialın qanunsuz hazırlanması-istifadəyə verilməsi
və mütəşəkkil qrup tərəfindən iki ya daha çox azyaşlıya qarşı
həyata keçirilmiş trefikinqə qoşulma ilə bağlı 17-ildən 20 ilə
qədər yaxud daimi azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Uşaq trefikinqi işi ilə bağlı cəmi 22 nəfər saxlanılıb, onlardan 11
nəfəri bir neçə ay əvvəl saxlanılıb.