2019-cu ildə Gürcüstanda qəza nəticəsində dünyasını dəyişən hər beş nəfərdən biri piyada olub
12:26 / 24.01.2020
DİN-nin Statistikasına
görə, 2019-cu ildə Gürcüstanda qəza hadisələri nəticəsində 481
nəfər dünyasını dəyişib, 7 921 nəfər xəsarət
alıb.
Statistikaya əsasən
yol nəqliyyat hadisəsinin sayı 2019-cu ilin dörd rübündə də artıb.
DİN-nin məlumatına görə, 43 970 qəza baş verib.
Eləcə də 2019-cu ildə piyadaların iştirakı ilə ümumilikdə 1 400
qəza baş verib. 102 nəfər dünyasını dəyişib, 1 468 nəfər xəsarət
alıb. Velosiped idarə edən zaman cəmi 47 nəfər qəzaya düşüb, 3
nəfər dünyasını dəyişib, 45 nəfər xəsarət alıb. Motosikl idarə
edənlərdən 161 qəzada 3 nəfər dünyasını dəyişib, 171 nəfər xəsarət
alıb.
Birinci rübün göstəricilərinə
görə:
- Dünyasını dəyişib –
116 nəfər;
- Xəsarət alıb – 1 779
nəfər;
- Yol nəqliyyat
hadisələrinin sayı (276-cı maddə) – 1 302
nəfər;
- Yol nəqliyyat
hadisələrinin sayı (İnzibati xətalar məcəlləsinə görə) – 8 369
nəfər.
İkinci rübün
göstəricilərinə görə:
- Dünyasını dəyişib –
108 nəfər
- Xəsarət alıb – 1 929
nəfər
- Yol nəqliyyat
hadisələrinin sayı (276c-ı maddə) – 1 427
nəfər;
- Yol nəqliyyat
hadisələrinin sayı (İnzibati xətalar məcəlləsinə görə) – 9 175
nəfər.
Üçüncü rübün
göstəricilərinə görə:
- Dünyasını dəyişib –
113 nəfər
- Xəsarət alıb – 2 176
nəfər
- Yol nəqliyyat
hadisələrinin sayı (276c-ı maddə) – 1 544
nəfər
- Yol nəqliyyat
hadisələrinin sayı (İnzibati xətalar məcəlləsinə görə) – 9 805
nəfər
Dördüncü rübün
göstəricilərinə görə:
- Dünyasını dəyişib –
144 nəfər
- Xəsarət alıb – 2 037
nəfər
- Yol nəqliyyat
hadisələrinin sayı – 1 566 nəfər
- Yol nəqliyyat
hadisələrinin sayı (İnzibati xətalar məcəlləsinə görə) – 10 782
nəfər.
2018-ci ilin
göstəricilərinə görə, yol nəqliyyat hadisələri zamanı 459 nəfər
dünyasını dəyişib və 9 047 nəfər xəsarət alıb. Ümumilikdə həmin
ildə 41 118 qəza baş verib.