Xilasedicilər qəza nəticəsində Tsxenistsğalidə kanala düşən iki kişinin axtarışını davam etdirirlər
Tsaqeridə, Çxuteli kəndində axtarış aparılır. Tsxenistsğali kəndinin kanalına düşən şəxslər xilasedicilər tərəfindən axtarılır.

Fövqəladə Halların İdarəsi Xidmətinin məlumatına görə, yalnız bir kişinin cəsədi tapılıb, qalan iki şəxsin cəsədinin axtarışı işləri isə davam edir.

Dünən gecə yüksək sürətlə hərəkət edən avtomobil Tsxenistsğali kanalına düşüb. Yayılan məlumata görə, avtomobildə üç kişi olub. Qəza zamanı onlar kanala düşüblər.

Baş verən hadisə ilə bağlı 276-cı maddə ilə istintaq aparılır.

Mənbə: İnterPressNews
Print