Tbilisi bələdiyyəsinin təfdiş komisiyasının iclasında fiziki qarşıdurma baş verib (VİDEO)
Qarşıdurma nəticəsində, “Milli hərəkatın” üzvü Levan Xabeişvili xəsarət alıb.

Baş verən hadisə ilə bağlı Levan Xabeişvili jurnalistlərə məlumat verib.

“Onlar çox idilər və məqsədləri zorakılıq etmək idi. Bir nəfərə qarşı 10-15 nəfər hücum etdi. Onlara və ictimaiyyətə demək istəyirəm ki, əgər kimsə elə bilirsə mənim gözümün üstünü qaraldaraq, problemini həll edəcək, çox yanılır. Mən siyasi həyatım üçün ailəmi belə geridə qoymuşam və bütün həyatımı Bidzina İvanişviliyə, Kaladzeyə və oğrular dünyasına qarşı mübarizəyə həsr etmişəm. Tək-tək mənə güc yetirə bilmədikləri üçün çoxluqla mənə hücum etdilər. Xalq bilməlidir ki, onların üstümə hücum etmələrinin səbəbi sadəcə olaraq, təmizlik əməkdaşlarının 8 larilik maaşı haqqında söz etməyim oldu. Gündə 3 dollar verərək, onları qul kimi çalışdırırlar”, – Levan Xabeişvili dedi.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google