Gürcüstanın keçmiş daxili işlər naziri Vano Merabişvili 2020-ci il
parlament seçkilərində majoritar namizəd olacaq, - bu haqda
məlumatı “Publika”ya mənbə təsdiqləyib.
Məlumata görə, Merabişvili Samtsxe-Cavaxeti bölgələrindən birində
(Axaltsixe, Borjomi, Adigeni və Aspindza bələdiyyələri) Milli
Hərəkat partiyasının namizədi olacaq.
Vano Merabişvili 7 illik həbsdən sonra fevralın 20-də cəzaçəkmə
müəssisəsini tərk etdi.
O, 2013-cü ilin mayında həbs edilmişdi və bir neçə məsələyə görə
cəzaya məhkum
edilmişdi: 26 May 2011 mitinqinin dağıdılması, Sandro
Qirqvliani iddiasında sübutların gizlədilməsi, Valeri Qelaşviliyə
qarşı fiziki təhqir, Kvariati villasının və seçicilərin pulla
alınması.
Cəzanın mənimsənilməsi prinsipinə görə Merabişvili 6 il 9 ay həbs
cəzasına məhkum edilmişdi.
Məhkəmə hazırda Merabişviliyə qarşı 7 noyabr mitinqini dağıtmaq və
“İmedi” televiziyasını işğal etmək iddialarına baxır. Merabişvili
bu işdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham
olunur.
Mənbə:
Publika